AUT.AZ

Messi üçün ən uyğun klubu açıqladı – Sabiq “Barsa”lı

“Barselona”nın sabiq baş məşqçisi Karlos Reksaç hesab edir ki, “Mançester Siti” Lionel Messi üçün ən yaxşı seçimdir.

“Barselona”nın 10 il əvvəl oynadığı kimi oynayan komanda “Mançester Siti”dir. Beləliklə, futbol baxımından bu, Messinin mükəmməl olacağı komandadır. Onunla müqavilə bağlamaq üçün Qvardiola ilə birbaşa danışmalıdır. Daha bir Çempionlar Liqasını qazanıb evə qayıtmaq əla olardı.

Messinin Peplə həmişə əla münasibəti olub və futbol baxımından “Siti”nin bütün oyunçuları təxminən səkkiz-doqquz il əvvəlki “Barsa”lılara bənzəyir”, – “Super Deportivo” məşqçidən sitat gətirib.

Daha əvvəl məlum olmuşdu ki, Messi hazırkı klubu PSJ ilə müqaviləni yeniləmək niyyətində deyil.

Aut.az

Exit mobile version