AUT.AZ

İzahat verdi, “bədən dili”mi dəyişməliyəm dedi

Leroy Sane Sadio Mane ilə münaqişənin necə baş verdiyini “Bavariya”nın futbolçularına izah edib.

Xatırladaq ki, “Bavariya”nın 0:3 hesabı ilə uduzduğu “Mançester Siti” ilə Çempionlar Liqası oyunundan sonra Mane paltardəyişmə otağında münaqişə zamanı Sanenin sifətinə zərbə vurub və onun dodağını partladıb. Buna səbəb kimi Leroyun meydanda Sadionu təhqir etməsi göstərilib.

“Bild” xəbər verir ki, hadisədən sonra Sane bütün komanda ilə danışıb. Cinah oyunçusu qeyd edib ki, o, meydanda bədən dili üzərində işləməli olduğunun fərqindədir və komanda yoldaşlarının hərəkətlərinə o qədər də mənfi reaksiya verməməlidir.

Bu jest “Bavariya”nın baş məşqçisi Tomas Tuxeli də razı salıb. Onun Sane ilə pozitiv söhbət etdiyi qeyd edilir.

Aut.az

 

Exit mobile version