AUT.AZ

İnanılmaz tədqiqat: Boks bu xəstəlikləri sağaldır

Edit Kouen Universitetinin (ECU) və Perron İnstitutunun tədqiqatçıları boksun Parkinson xəstəliyinin simptomlarının azalmasına yardım etdiyini müəyyənləşdiriblər.

Aut.az xəbər verir ki, tədqiqatın nəticələri “PM and R” jurnalında dərc olunub.

Araşdırmada erkən Parkinson xəstəliyi olan on nəfərdən 15 həftə ərzində həftədə üç dəfə bir saat boksla məşğul olmaları istənilib. Rəqib əvəzinə iştirakçılar 11 yumşaq hədəfi olan “Fightmaster” yumruq torbası ilə vuruşublar.

Təcrübənin sonunda on iştirakçıdan doqquzu Vahid Parkinson Xəstəlikləri Qiymətləndirmə Şkalasında öz ballarını yaxşılaşdırıb. Onlar yorğunluğun azaldığını və yuxu keyfiyyətinin yaxşılaşdığını bildiriblər. Eyni zamanda, əzələlərdə ağrıların kəskinləşməsi müşahidə edilməyib.

Mütəxəssislər vurğulayıblar ki, Parkinson xəstəliyinin erkən mərhələlərində boksla məşğul olmaq koqnitiv stimullaşdırma və sosiallaşmanı birləşdirdiyi üçün terapiya kimi böyük üstünlüyə malikdir. Gələcək tədqiqatlarda boksun effektivliyini Parkinson xəstəliyi olan insanlarda, eləcə də Huntinqton xəstəliyi, dağınıq skleroz, insult və travmatik beyin zədəsi kimi digər nevroloji xəstəliklər zamanı test etmək planlaşdırılır.

Aut.az

Exit mobile version