AUT.AZ

Futbol oynayan komanda belə olar: 404 oyun, 1000 qol

“Mançester Siti” Pep Qvardiolanın rəhbərliyi altında 1000 qol vurub.

 Aut.az xəbər verir ki, “şəhərlilər” Premyer Liqanın 28-ci turunun təxirə salınmış oyununda evdə “Vest Hem”i darmadağın etdikdən sonra (3:0) bu nəticəyə nail olub.

Pep Qvardiola 2016-cı ilin iyulunda “Mançester Siti”nin başına keçib. Onun rəhbərliyi altında “şəhərlilər” bütün turnirlərdə 404 oyun keçirib.

Premyer Liqa komandaları arasında bu göstəriciyə görə ikinci yerdə 797 qol vuran “Liverpul” qərarlaşıb.

Aut.az

Exit mobile version