AUT.AZ

Ev oyunlarını Macarıstanda keçirəcək

UEFA tərəfindən cəzalandırılan və ev oyunlarını doğma meydanda keçirə bilməyən Belarus yığmasının AÇ-2024-ün seçmə mərhələsi çərçivəsindəki növbəti matçlarının məkanı müəyyənləşib.

Aut.az xəbər verir ki, sözügedən komanda İsrail və Kosovo ilə ev oyunlarını Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirəcək.

Bu barədə Belarus Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Xəbərdə bildirilir ki, artıq UEFA bununla bağlı müvafiq razılıq verib.

Hər iki qarşılaşma Budapeştdəki “Ferents Susa” stadionunda baş tutacaq. İsraillə qarşılaşma iyunun 16-da, Kosovo ilə görüş isə üç gün sonra keçiriləcək.

Xatırladaq ki, UEFA-nın qərarına əsasən, Belarus yığması ev oyunlarını neytral meydanda keçirir. Komandanın oyunları həm də azarkeşsiz keçirilir. Buna səbəb Belarusun Rusiyaya Ukraynadakı müharibədə dəstək göstərməsidir.

Exit mobile version