AUT.AZ

Dinc dayanmır, bu dəfə “Tik Tok” fenomeni ilə… – FOTOLAR

“Real”ın müdafiəçisi Eder Militao özünə yeni sevgili tapıb.

Aut.az xəbər verir ki, braziliyalı futbolçu Kassiya Lourenço ilə eşq yaşayır. O, “TikTok” fenomenidir.

Kassiya “Santyaqo Bernabeu”da keçirilən “Real” – “Almeriya” (4:2) matçında ilk dəfə görüntülənib. Artıq sosial şəbəkələrdə cütlüyün birgə fotosu yayımlanıb. Bu o deməkdir ki, onların münasibəti var və bu informasiyalar şayiə deyil.

Militaonun braziliyalı model Karolina Lima ilə münasibətdən Sesilya adlı bir qızı var. Lima ilə münasibəti, qadın hamilə olarkən başa çatıb. Buna səbəb isə Ederin daha əvvəl görüşdüyü Tiffani Alvareslə ona xəyanət etməsi olub.

Heybət

Exit mobile version