AUT.AZ

Bu 3 variantdan hansını seçəcək?

Mövsümün sonunda PSJ ilə sözləşməsi başa çatacaq Lionel Messinin karyerasını harada davam etdirəcəyi maraq doğurur.

Aut.az xəbər verir ki, argentinalı hücumçunun 3 variantı var. Onlardan biri sabiq klubu “Barselona”dır. Bu transferin reallaşması üçün Kataloniya təmsilçisi maliyyə problemlərini həll etməlidir. Bunun üçün isə “Barsa”ya ən azı 1 ay vaxt lazımdır. Messinin doğma komandasını bu qədər müddət gözləyəcəyi inandırıcı deyil.

Leo əzəli rəqibi Kriştiano Ronaldonun yanına – Səudiyyə Ərəbistanına da yollana bilər. “Əl Hilal”ın Messi ilə danışıqlara başladığı bildirilir. İddiaya görə, Asiya təmsilisi 35 yaşlı oyunçuya illik 320 milyon funt-sterlinq maaş təklif edib. Argnetina millisinin üzvü bu təklifi qəbul etsə, tarixdə ən çox maaş alan idmançı olacaq.

Dünya çempionunun son variantı isə ABŞ-dır. Devid Bekhemin sahibi olduğu “İnter Mayami” də ona təklif yollamağa hazırlaşır. Bekhem əvvəlki illərdə dəfələlərlə Messini komandasında görmək istədiyini açıqlasa da, amma bu keçidin reallaşacağına inanmadığını bildirirdi. Əfsanəvi ingilis futbolçunun arzusu bu dəfə reallaşa bilər. Bekhem gün ərzində Messinin atası Jorje ilə görüşəcək.

Qeyd edək ki, PSJ, icazəsiz Səudiyyə Ərəbistanına yollandığı üçün Messini cəzalandırıb. Futbolçu 2 həftəlik komandanın düşərgəsindən uzaqlaşdırılıb. O, bu müddətdə maaş almayacaq. Bundan sonra onunla yeni müqavilə imzalanmayacağı tam dəqiqləşib.

Exit mobile version