AUT.AZ

Brkiçin “oyunu” – Xorvat qapıçı “Neftçi”ni belə  aldatmaq istəyir

Türkiyə mətbuatında “Neftçi”nin qolkiperi İvan Brkiçin karyerasını sözügedən ölkədə davam etdirmək ehtimalı barədə informasiya yayımlanıb.

Bildirilir ki, xorvatiyalı “Trabzonspor”un maraq dairəsinə düşüb. İddia olunur ki, “qaradənizlilər”in baş məşqçisi Nenad Byelka həmyerlisini sərəncamında görmək istəyir. Hətta 28 yaşlı qapıçının Uğurcan Çakıra əvəzləyəci qismində görüldüyü də qeyd olunub.

Aut.az bu məsələ ilə bağlı “Neftçi”yə yaxın şəxslərdən maraqlı məlumat əldə edib. Brkiçin “Trabzonspor”a transfer olunması barədə yayılan xəbərlər tamamilə cəfəngiyatdır. Bu barədə informasiya bir neçə gün öncə Xorvatiya mətbuatında da yayımlanmışdı. Bunların hamısı İvan və menecerinin oyunlarıdır.

Qolkiper nəinki Türkiyədə, heç Xorvatiyada da hər hansı bir kluba lazım deyil. “Ağ-qaralar” da onun mövsümün sonunda bitəcək müqaviləsini yeniləməyə tələsmir. Bu vəziyyət Brkiç və ətrafını bərk narahat edib. İşsiz qalmaqdan qorxan xorvatiyalı özünü reklam etməyə, qiymətini qaldırmağa və “Neftçi”ni tələsdirməyə çalışır.

Aut.az

Exit mobile version