AUT.AZ

Az qalıb ki, ağlasın

“Liverpul”un baş məşqçisi Yurgen Klopp komandasının “Fulhem”lə oyunda (1:0) qazandığı qələbəni şərh edib.

“Çox xoşbəxtəm, güclü rəqib idi. Düşünürəm ki, ilk hissədə oyunun çox hissəsinə nəzarət etdik, amma ikinci hissədə oyun açıldı. Onların qol vurmaq şansı çox idi.

İlk hissədə isə bizim də xeyli qol imkanımız oldu. Alison qapısını toxunulmaz saxladığına görə az qala göz yaşlarına boğulacaqdı. Belə hal bu mövsüm bizim üçün olduqca nadirdir! Bu, çox gözəldir, xüsusən də onun üçün”, – deyə BBC Kloppdan sitat gətirib.

“Liverpul” hazırda 59 xalla Premyer Liqada 5-ci yerdədir. Komanda ardıcıl 5 oyundur ki, qələbə qazanır. Növbəti turda “Liverpul” “Brentford”la qarşılaşacaq.

Aut.az

 

Exit mobile version