AUT.AZ

Azərbaycan millisi heç-heçə etdi, pley-offa vəsiqə qazandı

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turnirinin qrup mərhələsində növbəti oyununa çıxıb.

Aut.az xəbər verir ki, Elşad Quliyevin rəhbərlik etdiyi kollektiv Serbiya ilə qarşılaşıb. Görüş qolsuz heç-heçə ilə başa çatıb.

Azərbaycan yığması bundan əvvəl Çexiya ilə heç-heçə edib (0:0), İtaliya və Gürcüstanı eynihesabla – 2:0-la məğlub edib.

Milli A qrupunu üçüncü sırada bitirib və pley-offa vəsiqə qazanıb. Yığmanın buradakı rəqibi Fransa seçməsi olacaq. Görüş mayın 5-də baş tutacaq.

A qrupu

İtaliya – Çexiya – 1:4
Azərbaycan – Serbiya 0:0

Exit mobile version