AUT.AZ

Atası yaxın günlərdə onlarla da görüşəcək

PSJ-nin hücumçusu Lionel Messi karyerasını Amerika MLS liqasında davam etdirmək variantı haqda ciddi şəkildə düşünür.

Aut.az xəbər verir ki, argentinalı futbolçunun atası tezliklə “İnter Mayami”nin sahibi ilə görüşəcək. Bu barədə jurnalist Canluka Di Marsio öz saytında məlumat yayıb.

Amerika klubunun son bir neçə ayda Messi ilə əlaqə saxladığı, lakin tərəflərin hələlik ilkin razılığa gəlmədiyi qeyd edilir.

Xatırladaq ki, daha əvvəl mətbuatda PSJ-nin Messi ilə müqaviləni uzatmayacağı və futbolçunun özünün də mühiti dəyişmək istədiyi barədə məlumatlar yayılmışdı. Ona ciddi maraq Səudiyyə Ərəbistanından var.

Ərəblər Lionelə futbol tarixinin ən böyük müqaviləsini təklif etməyə hazırdır. Argentinalı futbolçu Kriştianu Ronaldonun oynadığı “Əl-Nəsr”in əzəli rəqibi “Əl-Hilala” keçə bilər.

Aut.az

Exit mobile version