AUT.AZ

Amal Norveçdə elə bir qol vurdu ki… – VİDEO

“Bodo-Qlimt”in yarımmüdafiəçisi Amal Pelleqrino Norveç çempionatının 18-ci turunun “Odd”la ev oyununda meydanın özlərinə aid hissəsindən qol vurub.

Aut.az xəbər verir ki, o, görüşün 82-ci dəqiqəsində fərqlənib. Həmin vaxt topa qonaqlar nəzarət etdiyi üçün rəqibin qapıçısı da önə çıxmışdı. Amma müdafiəçi səhv edincə, top Amalın qarşısına düşdü və o da fikirləşmədən zərbə vurdu. Qapıçı bunun qarşısını almaqda aciz qaldı.

Bu, “Bodo-Qlimt”in 2-ci qolu idi. Oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsilə yekunlaşdı.

Aut.az

Exit mobile version