AUT.AZ

Türkiyə yığmasının baş məşqçisi istefaya göndərildi

Futbol üzrə Türkiyə milli komandasının baş məşqçisi Stefan Kunts istefaya göndərilib.

Aut.az “Ajanspor”a istinadən xəbər verir ki, almaniyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Onu Abdullah Avcının əvəzləyəcəyi bildirilib. İddiaya görə, məşqçilər heyətində yığmanın sabiq futbolçuları Burak Yılmaz və Egemen Korkmaz da yer alacaqlar.

Qeyd edək ki, Stefan Kunts 2021-ci ilin sentyabrından Türkiyə millisinə başçılıq edirdi.

Exit mobile version