AUT.AZ

Tarixin ən böyük təklifini hazırlayırlar

PSJ-nin hücumçusu Lionel Messi klub rəhbərliyi ilə münaqişədən sonra karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Aut.az xəbər verir ki, “L’Equipe”nin məlumatına görə, ərəblər  argentinalıya futbol tarixinin ən böyük təklifini hazırlayırlar. Nəşrin məlumatına görə, müqavilə bir neçə il müddətinə olacaq.

Qeyd olunur ki, karyerasını Səudiyyə Ərəbistanında davam etdirmək imkanı Messinin nümayəndələri tərəfindən PSJ ilə münaqişədən əvvəl də nəzərdən keçirilib.

Jurnalist Roman Molinanın sözlərinə görə, Messiyə təklifi “Əl-Hilal” verəcək.

PSJ Messini, rəhbərliyin icazəsi olmadan Səudiyyə Ərəbistanına getdiyinə görə məşqlərdən iki həftəlik uzaqlaşdırıb. Futbolçu Fransa çempionatında “Loryan”la  oyundan (1:3) dərhal sonra ailəsi ilə birlikdə bu ölkəyə səfər edib.

Aut.az

Exit mobile version