AUT.AZ

Sadıqovun “Neftçi”yə qayıdışı “Futbolumuz”da müzakirə olundu – Video

“Neftçi”nin Müşahidə Şurasının sədri Rövşən Nəcəfin Sadıq Sadıqovu klubun prezident postuna qaytarmaq istəyi barədə Aut.az-da məlumat vermişdik.

Bu məsələ ATV-də yayımlanan «Futbolumuz» verlişində də müzakirə olunub. Ceyhun Rzayevin aparıcısı olduğu proqramda futbol eksperti Emin Abbasov bu haqda danışıb.

O bildirib ki, Nəcəf 2010-2015-ci illərdə paytaxt klubunun prezidenti postunu tutmuş Sadıqovla görüşüb, onunla bu yöndə müzakirələr aparıb.

Abbasov “Neftçi” azarkeşlərinin son illərdəki uğursuzluqlardan bezdiyini, idarəetmə aparatında dəyişiklik istədiyini xatırladıb.

Ekspert qeyd edib ki, Sadıqov bu sahəni kifayət qədər yaxşı bilir və rəhbər olduğu illərdə «ağ-qaralar»a uğurlar qazandırıb.

Exit mobile version