AUT.AZ

Sabiq prezident türk sevgilisi ilə evləndi – FOTO

“Yuventus”un keçmiş prezidenti Andrea Anyelli ailə həyatı qurub.

Aut.az xəbər verir ki, 2010-2023-cü illərdə Turin klubuna rəhbərlik etmiş 47 yaşlı italiyalı funksioner türk sevgilisi Deniz Akalın ilə evlənib. 2015-ci ildən birlikdə olan cütlüyünün iki qızı var. Cəmi 40 qonağın iştirak etdiyi gizli mərasim Peruca əyalətində təşkil olunub.

Ailənin bundan sonra Niderlandda yaşayacağı açıqlanıb.

Qeyd edək ki, bu ilin əvvəlində komanda maliyyə fırıldağında günahlandırıldığından, Anyelli İdarə Heyəti ilə birlikdə istefaya gedib.

Exit mobile version