AUT.AZ

“Real” ona əmanət ediləcək

“Real”ı Karlo Ançelottidən sonra çalışdıracaq baş məşqçinin adına aydınlıq gəlib.

Publika.az xəbər verir ki, Madrid klubunun rəhbərliyi komandanı sabiq futbolçusuna həvalə etmək istəyir. Söhbət Xabi Alonsodan gedir. Bu barədə “Bild” məlumat yayıb.

”Bayer Leverkuzen”də çalışan gənc mütəxəssisin fəaliyyəti “Real” rəhbərliyinin diqqətini cəlb edib. “Kral klubu”nun prezidenti Florentino Peres Alonsonun bacarığını yüksək qiymətləndirir. Bu səbəbdən komandanı ona tapşırmağı planlaşdırır.

Qeyd edək ki, Ançelottinin mövsümün sonunda “Real”dan ayrılması gündəmdədir.

Exit mobile version