AUT.AZ

Qızının səhhəti pisləşdi, əməliyyat olundu – FOTO

“Əl-Nəsr”in futbolçusu Kriştiano Ronaldo problemlərdən yaxa qurtara bilmir.

Aut.az xəbər verir ki, əvvəlcə Səudiyyə Ərəbistandakı çıxışına görə tənqid olunan, daha sonra isə şəxsi həyatı ilə gündəmə gələn futbolçu növbəti problemlə üzləşib. Bu dəfəki məsələ övladının səhhəti ilə bağlıdır.

Onun kiçik qızı Bella kor bağırsağındna əməliyyat olunub. O, hazırda Ər-Riyadakı xəstəxanalardan birinə yerləşdirilib. Onun durumu məlum deyil.

Ronaldonun qızının səhhəti son zamanlar yaxşı olmayıb. Bella tez-tez tibbi yoxlanışlardan keçib. Bəzi günlərdə isə həkim nəzarətində olub.

“Əl-Nəsr” ailəsinin yanında olması üçün Krişi məşqlərdən azad edib.

Qeyd edək ki, Bella Ronaldonun Corcina Rodrigezlə münasibətindən olan qızıdır.

Exit mobile version