AUT.AZ

“Qəbələ” yetirməsinə təklif göndərdi

Yeni mövsümün planlarını qurmağa başlayan “Qəbələ” heyətini gücləndirməyin yolların axtarır. “Qırmızı-qaralar” öncə yerli transfer bazarında aktiv olmağı planlaşdırır.

Aut.az-ın əldə etdiyi məlumata görə, əyalət təmsilçisi artıq bir neçə futbolçunu transfer siyahısına əlavə edib. Onlardan biri bu kluba heç də yad ad deyil. Söhbət “Kəpəz”in futbolçusu Fərid Nəbiyevdən gedir. 23 yaşlı yarımmüdafiəçi bir neçə klubun maraq dairəsindədir. Yetirməsi olduğu “Qəbələ” də onlardan biridir. “Qırmızı-qaralar” meneceri vasitəsiylə futbolçuya dəvət göndəriblər.

Amma Fərid qərar verməyə tələsmir. O, mövsümün sonunu gözləyir. “Kəpəz”də vəziyyət ürəkaçan olarsa, buradakı çıxışını davam etdirəcək. Əks halda gələn təklifləri dəyərləndirəcək.

Aut.az

Exit mobile version