AUT.AZ

Pulunu balta kəsməyən idmançılar – SİYAHI

Nüfuzlu “Forbes” jurnalı 2023-cü ilin ilk dörd ayında ən çox pul qazanan idmançıların siyahısını açıqlayıb.

Aut.az xəbər verir ki, siyahıda ilk üç yeri futbolçular tutublar. Birinci sırada 136 milyon dollar gəlir ilə Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandasının hücumçusu Kriştianu Ronaldo qərarlaşıb.

İkinci pillənin sahibi Fransa PSJ-sinin argentinalı forvardı Lionel Messidir. Onun bu müddət ərzində gəlirləri 130 milyon dollar təşkil edib.

Üçüncü yer isə Messinin komanda yoldaşı Kilian Mbappeyə məxsusdur. Onun gəlirləri 120 milyon dollardır.

1. Kriştiano Ronaldo (futbol) – 136 milyon dollar
2. Lionel Messi (futbol) – 130 milyon dollar
3. Kilian Mbappe (futbol) – 120 milyon dollar
4. Lebron Ceyms (basketbol) – 119,5 milyon dollar
5.Saul Alvares (boks) – 110 milyon dollar
6. Dastin Conson (qolf) – 107 milyon dollar
7. Fil Mikelson (qolf) – 106 milyon dollar
8. Stefen Körri (basketbol) – 100.4 milyon dollar
9. Roje Federer (tennis): 95.1 milyon dollar
10. Kevin Dürant (basketbol) – 89.1 milyon dollar

Exit mobile version