AUT.AZ

Onları da şöhrətləndirdilər

“Çelsi” və “Arsenal”ın keçmiş qapıçısı Petr Çex və “Mançester Yunayted”in sabiq müdafiəçisi Rio Ferdinand Premyer Liqanın Şöhrət Zalına daxil edilib.

Aut.az xəbər verir ki, bu barədə Premyer Liqanın saytı məlumat yayıb. Onlar azarkeşlər və Premyer Liqa ekspertlərinin onlayn səsverməsi nəticəsində bu statusu əldə ediblər.

Şöhrət Zalına daxil olmaq Liqa tərəfindən verilən ən yüksək fərdi mükafatdır. Şöhrət Zalı 1992-ci ildə yaranıb. Zala İngiltərə Premyer Liqasının inkişafına mühüm töhfələr vermiş və müstəsna uğur qazanmış şəxslər daxil edilir.

Xatırladaq ki, Petr Çex Premyer Liqada quru oyunların  sayına görə rekordçudur. O, “Çelsi” və “Arsenal”ın heyətində 443 oyun keçirib, onlardan 202-sində qapısını toxunulmaz saxlayıb. Rio Ferdinand Premyer Liqada 504 oyun keçirib, 11 qol vurub və 8 məhsuldar ötürmə edib.

Aut.az

Exit mobile version