AUT.AZ

Nə qədər istəyirlərsə, o qədər də verəcəklər

“Nyukasl” “Barselona”nın vingeri Rafinya üçün 80 milyon avro ödəməyə hazırdır.

Aut.az xəbər verir ki, bu barədə məlumatı jurnalist Cerard Romero yayıb.

Mənbənin məlumatına görə, Kataloniya nəhəngi İngiltərə klubunun nümayəndələrindən futbolçu üçün şifahi təklif alıb. “Sağsağanlar”ın rəhbərləri “Barsa”nın tələblərini yerinə yetirməyə və oyunçu üçün 80 milyon avro ayırmağa hazırdırlar.

26 yaşlı braziliyalı bu mövsüm “Barsa”nın heyətində bütün turnirlərdə 45 oyuna çıxıb, 10 qol vurub, 11 məhsuldar ötürmə edib.

Rafinya “Barsa”ya ötən yay “Lids”dən 58 milyon avroya keçib. Futbolçunun Kataloniya klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna kimidir. “Transfermarkt” portalına görə oyunçunun təxmini dəyəri 50 milyon avrodur.

Aut.az

Exit mobile version