AUT.AZ

Messi ilə Haalandın mentaliteti – Pep müqayisə etdi

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola hesab edir ki, bəzi aspektlərdə Erlinq Haaland Lionel Messi ilə eyni səviyyədədir.

“Heç kim Messi ilə müqayisə oluna bilməz və bu cür müqayisələr Erlinqə kömək etməyəcək, lakin məqsəd və mentalitet baxımından onlar eyni səviyyədədirlər. Messi 10 və ya 15 ildir hər mövsüm belə nəticələr göstərirdi, lakin vurulan qollara görə Haaland eyni səviyyəyə çatıb.

Demək olar ki, hər matçda topu tora göndərir. Onun hər oyunda bir və ya iki qol vurmaq şansı var.

Ancaq Messi görmə qabiliyyəti, driblinq, ötürmə bacarığı və bir çox başqa mürəkkəb məqamlar baxımından tam oyunçudur.

Ümid edirəm ki, Erlinq Messiyə mümkün qədər yaxınlaşa bilər. Bu, onun üçün və bizim üçün əla olacaq”, – ESPN Qvardioladan sitat gətirib.

Aut.az

Exit mobile version