AUT.AZ

Mahaçqalada başına gələnlər: Atışma başladı, yerə uzandı

“Anji”nin sabiq müdafiəçisi Şamil Həsənov Mahaçqalada klubun keçmiş hücumçusu Samuel Eto’onu qorxuya salan atışma barədə danışıb.

“Anji”dəki  komanda yoldaşlarımdan hansını daha çox xatırlayıram? Yerli oğlanları: Əli Hacıbəyov, Rasim Taqirbəyov, Kamil Ağalarovu. Bazaya ilk dəfə gələndə onlar mənə və digər gənc oyunçulara çox kömək etdilər.

İlya Maksimov çox yaxşı futbolçu idi. Xaricilərdən – Yannik Boli, Conatan Mensa, İvo İliçeviç. Ümumiyyətlə, o zaman “Anji”də futbolçu seçimi əla idi, daha çoxunun adını çəkə bilərəm.

Eto’o təhlükəsizlik əməkdaşları ilə gəzirdi, bunu hamı bilirdi.  Eto’O ilə bağlı bir hadisəni xatırlayıram. Komanda Mahaçqalaya gəlir, avtobusla şəhər ətrafında hərəkət edirik və bu zaman atışma başladı. Təbii ki, hamı bir az qorxdu, amma Eto’o yerə uzandı!

“Anji”də ən yaxşı avtomobil kimdə idi? Eşitmişəm ki, Roberto Karlosa “Bugatti” verilib. Amma mən praktiki olaraq ulduzları görmədim, ona görə də heç bir “Ferrari” və ya “Lamborghini” ilə rastlaşmadım”, – deyə “Metaratings” Həsənovdan sitat gətirib.

Aut.az

Exit mobile version