AUT.AZ

Məşhur basketbolçu arvadına görə döyülüb

ÇSKA-nın basketbolçusu Aleksey Şvedə hücumda şübhəli bilinən şəxslər davanın təfərrüatları haqda danışıblar.

Aut.az xəbər verir ki, şübhəlilərin dindirilməsinin videosunu “Mash” Telegram kanalı yayıb.

Şübhəlilərdən biri deyib ki, dava idmançının həyat yoldaşına görə baş verib, onunla şifahi toqquşma olub, bundan sonra Şved həyat yoldaşının müdafiəsinə qalxıb. “O, mənimlə tutaşdı. Pencəyindən tutub sürüdüm, döşəməyə yıxıldı. Özümü təhlükəsiz hiss etmədiyim üçün arxamca gələn onun dostuna baxdım. Sonra Şvedə zərbə vurdular. Arxam ona tərəf olduğu üçün zərbəni kimin vurduğunu görmədim”, – deyə şübhəli şəxs baş verənlərin təfərrüatlarını xatırladıb.

İkinci şübhəli əlavə edib ki, davada Şveddən başqa daha bir neçə basketbolçu iştirak edib.

Aut.az

 

Exit mobile version