AUT.AZ

La Liqanı tərk edən ilk komanda bəlli oldu

La Liqanın autsayderi “Elçe” primeradan rəsmən ayrılıb. 

Aut.az xəbər verir ki, ötən gecə “Almeriya”ya 1:2 hesabı ilə uduzan komanda növbəti mövsüm üçün İspaniyanın elit divizionunda yerini qorumaq şansını itirib.

Hazırda “Elçe”nin 16 xalı, 17-ci pillədə qərarlaşan “Valensiya”nın isə 33 xalı var. Qalan 5 matçda autsayder 15 xaldan çox toplaya bilməyəcək.

Sequndaya yuvarlanan “Elçe” son 3 mövsümdə La Liqada çıxış edib. Ötən mövsümün sonunda bu klub 42 xalla turnir cədvəlini 13-cü pillədə başa vurub. 2020/21 mövsümündə komanda turnir cədvəlində 17-ci yeri tutub və aşağı liqaya düşməkdən son anda xilas olub.

Exit mobile version