AUT.AZ

Hamını aldadıb, gizli maliyyələşdirib  

Rusiyalı milyarder Əlişir Usmanov Böyük Britaniyaya giriş qadağasına, sanksiyalara baxmayaraq, “Everton”u maliyyələşdirib.

Aut.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb. Bildirilir ki, qadağanın mövcudluğu “Everton”un direktorlar şurasına məlum olub, amma ictimaiyyətdən gizlədilib.

Milyarderin qardaşı oğlu, 26 yaşlı Sərvər İsmayılov “Everton”un direktorlar şurasında olub. Əlişir Usmanovun şirkətlərinin isə aktiv sponsorluq müqavilələri olub və Mersisayd klubu bu yolla on milyonlarla funt-sterlinq əldə edib. Bunlara “Everton”nun məşq bazasının və stadionunun adı ilə bağlı sponsorluq müqavilələri də daxildir.

 Aut.az  

 

Exit mobile version