AUT.AZ

Bu komandanı elitaya buraxmayacaqlar

Vladiqafqazın “Alaniya”sı elitaya vəsiqə əldə etsə belə, Premyer Liqaya buraxılmayacaq.

Aut.az xəbər verir ki, bu barədə “Mutko protiv” teleqram kanalı məlumat yayıb. Bildirilir ki, buna səbəb şəhər stadionunun durumudur.

Mənbənin sözlərinə görə, “Alaniya” stadionunun yenidən qurulması ən azı bir il çəkəcək. İnşaatçılar hələ tamamlama və kommunikasiya işlərinə başlamayıblar. Bu səbəblərdən “Alaniya” stadionunun Rusiya Premyer Liqasının oyunlarına ev sahibliyi etmək üçün lisenziya almaq şansı, demək olar ki, yoxdur.

Xatırladaq ki, hazırda “Alaniya” Birinci Liqada turnir cədvəlində üçüncüdür. Komanda 29 oyunda 51 xal toplayıb.

Qeyd edək ki, Azərbaycan futbolunun əfsanələrindən olan Nazim Süleymanov vaxtilə “Alaniya”da oynayıb və bu komandanın heyətində Rusiya çempionu olub.

Aut.az

 

Exit mobile version