AUT.AZ

Ay “Neftçi”, belə tribunalarda futbola baxmazlar – FOTOLAR

Azərbaycan futbolunun ən böyük problemlərindən biri də azarkeşlərdir. Klublar, futbolçular, məşqçilər tez-tez tribunaların boş olmasından, dəstəksiz qalmalarından şikayətlənirlər.

Bu problemi həlli üçün baş sındırıldığı vaxt bəzi stadionlarda fanatları tribunalardan qaçırmaq üçün əllərindən gələni edirlər. Azərbaycan Premyer Liqasının 32-ci turunun mərkəzi matçı hesab edilən “Neftçi” – “Qarabağ” matçı (2:4) bol qollu və maraqlı alındı. Peşəkar Futbol Liqasının saytında qeyd edilən statistikaya əsasən, derbini 7 min tamaşaçı izlədi Bu da 10 min tamaşaçı tutumuna malik olan “Bakcell Arena” üçün heç də pis nəticə deyil.

Di gəl ki, stadionda azarkeşləri heç də xoş mənzərə qarşılamayıb. Fanatları tozlu, baxımsız tribunalar gözləyib. Belə olan halda hansı azarkeş stadiona getməkdən məmnun olar? 10 minlik arenanın təmizliyinə diqqət yetirmək belə çətindir? Belə münasibətlə üzləşən fanatlar o stadiona bir daha gələr? Bu sualın cavabını “Neftçi” və stadionun rəhbərliyi axtarmalıdır.

Aut.az

Exit mobile version