AUT.AZ

Belə bombardirdən hər komandada olsaydı… – VİDEO

İtaliyanın “Venesiya” klubunun üzvü Yoel Pohyanpalo maraqlı hərəkəti ilə diqqət mərkəzindədir.

Aut.az xəbər verir ki, 28 yaşl hücumçu komandasının çıxış etdiyi B Seriyasının bombardilərindən biri olsa da, daha çox başqa məsələ ilə müzakriə olunur. Finlandiyalı futbolçu fevral ayından etibarən oyunlardan dərhal sonra pivə içməsiylə gündəmə gəlir. O, qələbə qazandıqları matçlardan sonra meydanda bu uğuru fanatlarla birlikdə, həm də pivə içməklə qeyd edir.

Bu addımı onu daha çox məşhurlaşdırıb. Fanatlar forvardın davranışlarından çox razıdırlar. Yoel cari mövsümdə B seriyasında “Venesiya” formasıyla 34 matçda meydana çıxıb və 17 qol vurub. O, Canluka Lapadula ilə bombardirlərin sıralamasında şərikli liderdir.

Exit mobile version