AUT.AZ

Baş məşqçi də futbolçu ilə belə zarafat edər? – VİDEO

Həftə sonu “Herta”ya 2:0 hesabı ilə qalib gələn “Bayern”in düşərgəsində əhval-ruhiyyə yaxşıdır.

Aut.az xəbər verir ki, ardıcıl 4 xal itkisindən sonra qələbə qazanan “pivəçilər” çempionluq uğrunda mühüm addım atıblar. Bu da komanda daxilindəki vəziyyəti yaxşılaşdırıb.

Baş məşqçi Tomas Tuxelin də bu məsələdə əməyi az deyil. O, futbolçularla yaxşı münasibət qurmağa çalışır. Almaniyalı mütəxəssis hətta futbolçularla açıq zarafatlar belə edir. Tuxel məşqlərdən birində etdiyi hərəkətlə diqqət mərkəzində düşüb. O, vinger Sadio Manenin şortikini çıxarıb. Futbolçu özünü itirsə də, məşqçinin zarafatını qəbul edib.

Qeyd edək ki, “Bayern” sona 4 tur qalmış 62 xalla Bundesliqanın lideridir. Münhen təmsilçisi ən yaxın izləyicisi “Borussiya Dortmund”u 1 xal qabaqlayır.

 

Exit mobile version