AUT.AZ

Azarkeş həbs edildi

Premyer Liqanın XXXIV turunda dünən baş tutan “Arsenal” – “Çelsi” oyununda qonaq komandanın oyunçusu Mixail Mudrikin üzünə lazer tutan fanat həbs edilib.

Aut.az xəbər verir ki, ukraynalı futbolçu ikinci hissədə meydana daxil olandan sonra fanatlardan biri üzünə yaşıl işıq tutub, daha sonra onu fitə basıblar.

“Arsenal” matçdan sonra fanatın hərəkətinin qəbuledilməz olduğunu və həmin azarkeşin həbs edildiyini bildirib.

“Arsenal” “Çelsi”ni 3:1 hesabıyla məğlub edib.

Exit mobile version