AUT.AZ

Azərbaycanlı futbolçular üçün 1 xal

Latviya çempionatında 10-cu turun oyunları keçirilib.

Aut.az xəbər verir ki, azərbaycanlı futbolçular Ramin Nəsirli və Nazim Həsənzadənin komandası “Dauqavpils” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv evdə “Tukums 2000” ilə qarşılaşıb. Futbolçularımızın komandası meydanı heç-heçə ilə tərk edib – 3:3.

Start heyətdə meydana çıxan Ramin 59-cu dəqiqədə əvəzlənib. Nazim isə sonadək ehtiyatda qalıb.

Müqavilə ilə müvafiq olaraq “Neftçi” və “Turan Tovuz”a məxsus olan Raminlə Nazim “Dauqavpils”də icarə əsasında forma geyinirlər.

Futbolçularımızın komandası hazırda 6 xalla 10 iştirakçı arasında 9-cu pillədə qərarlaşıb.

Exit mobile version