AUT.AZ

Xəbərdarlıq: Milli çempionatlar məhv olacaq

LISBON, PORTUGAL - SEPTEMBER 05: Javier Tebas President of La Liga talks during Day 1 of Soccerex Europe Convention at Tagus Park on September 5, 2019 in Lisbon, Portugal. (Photo by Gualter Fatia/Getty Images)

İspaniya La Liqasının prezidenti Xavyer Tebas bir daha Avropa Superliqasının yaradılması ideyasını tənqid edib.

“Super Liqa? Milli çempionatlar idman və iqtisadi baxımdan məhv ediləcək. Serie A, Bundesliqa, La Liqa, Erediviziya… Əgər ölkə çempionatında uğurlu çıxış komandaya avrokuboklara vəsiqə qazanmağa imkan vermirsə, o zaman belə turnir istər-istəməz daha az maraqlı olacaq.

Lakin biz onilliklər ərzində məhz bu addımı atmağa çalışmışıq: milli turnirlər və Avropa yarışları arasında daha yaxşı tarazlığa nail olmaq. Budur, uğur nümunəsi”, – “Mundo Deportivo” Tebasdan sitat gətirib.

Xatırladaq ki, UEFA-nın qarşı çıxdığı Super Liqanın yaradılması ideyasını Avropanın bir sıra aparıcı klublarının, o cümlədən “Barselona” və “Real”ın sahibləri dəstəkləyir. Keçən qışda Super Liqanı tanıtmaq üçün xüsusi olaraq yaradılmış marketinq agentliyi olan A22 yeni strukturun prinsiplərini hazırlamaq üçün 50-yə yaxın klubla danışıb. Layihənin 2025-ci ilə qədər başa çatdırılması gözlənilir.

Aut.az

Exit mobile version