PSJ ötən mövsümün sonunda agentlərə rekord miqdarda ödəniş edib.
Aut.az “Get French Football News”a istinadən xəbər verir ki, klub ilk dəfə 30 milyon avro həddini keçib.
2021-ci il iyulun 1-dən 2022-ci il iyunun 30-dək Paris komandası agent və vasitəçilərə təxminən 40 milyon avro xərcləyib. “Marsel”, “Monako” və “Renn” kimi digər Fransa nəhəngləri isə dörd dəfə az – 9,2,-10 milyon avro ödəniş ediblər.
Beləliklə, PSJ klub rekordunu yeniləyib. 2017/2018-ci il mövsümündə bu cür ödənişlər 23,2 milyon avro olub, sonrakı mövsümlərdə isə bu rəqəm ardıcıl olaraq 30 milyon avronu keçməyib: 25,8 milyon avro, 26,9 milyon avro və 28,45 milyon avro.
Aut.az