AUT.AZ

Sanksiya tətbiq olunsa, Asiyaya köçəcəklər – Şok ssenari

“Barselona” Avropadan kənarda beynəlxalq turnirlərdə oynamaq imkanlarını araşdırır.

Aut.az xəbər verir ki, klub Xose Mariya Enrikes Neqreyra işi ilə bağlı məhkəmə prosesinin nəticəsinin müsbət olacağına inanır.   “Barsa” prezidenti Joan Laporta UEFA prezidenti Aleksandr Çeferinlə keçirdiyi görüşdən çox məmnun qalıb.

Bununla belə, “Onze Televisión de Catalunya”-da yayımlanan  məlumata görə, UEFA kluba qarşı sanksiyalar tətbiq edəcəyi halda, “Barsa” rəhbərliyi Avropadan kənarda oynamaq imkanlarını araşdırır. Kataloniyalılar dəvət olunmuş komanda kimi beynəlxalq turnirdə iştirak etməyə və kifayət qədər böyük məbləğdə pul qazanmağı planlaşdırırlar.

“Barselona”nın əsas diqqəti əsasən Asiyadakı yarışlara yönəlib.

Bundan əlavə, klub rəhbərləri İspaniyada sanksiyalar olacağı təqdirdə başqa Avropa liqasına keçmək variantını da nəzərdən keçirir.

Aut.az

Exit mobile version