AUT.AZ

Sədaqət nümunəsi: “Tülkülərə” 6 milyon borc verdi ki…

Ukrayna “Şaxtyor”undakı çıxışı ilə tanınan 35 yaşlı boliviyalı hücumçu Marselo Moreno Braziliya “Kruzeyro”suna dəstək verənlərdən biri olub.

Aut.az xəbər verir ki, hücumçu 2020-2022-ci illər arasında “tülkülər”ə 5,86 milyon avro dəyərində borc verib. Bu vəsait futbolçuların, klub işçilərinin maaşlarının və təcili borcların ödənilməsinə sərf edilib.

Morenonun nəcib addımı barədə məlumat “Kruzeyro”nun maliyyə hesabatında yer alıb. Qeyd olunub ki, Braziliya klubu həmin məbləği qaytarmalı olacaq, lakin faizsiz.

Xatırladaq ki, martın sonunda Marselo Moreno Ekvadorun “İndependiente del Valle” klubu ilə müqavilə imzalayıb.

Qeyd edək ki, Marselo 2014 və 2020-2021-ci illərdə “Kruzeyro”nun şərəfini qoruyub.

Aut.az 

 

Exit mobile version