AUT.AZ

Şəxsi həyatının gizliliyini belə qoruyurmuş

“Əl-Nəsr”in futbolçusu Kriştiano Ronaldo şəxsi həyatını qorumaq və gizliliyini təmin etmək üçün bir sıra addımlar atır.

Aut.az xəbər verir ki, o, ev işçiləri ilə 70 illik gizlilik müqaviləsi imzalayır. Almaniyanın “Der Spiegel” nəşrinin iddiasına görə, müqavilənin müddəti oyunçunun ölümündən 70 il sonra başa çatacaq. Bu, sözləşmə sayəsində o, şəxsi həyatının məxfiliyini təmin etməyə çalışır.

Ronaldo ilk dəfə deyil ki, əməkdaşlıq etdiyi şəxslərlə belə müqavilə imzalayır. O, hətta böyük oğlunun bioloji anası ilə məxfilik anlaşması bağlayıb.

“Der Spiegel” daha əvvəl Ronaldonu Ketrin Mayorqi adlı modeli zorlamaqda ittiham edib. Ketrin iddia edib ki, Ronaldo ona Las-Veqasdakı otel otağında təcavüz edib. Daha sonra 375 min dollar ödəyərək onu gizlilik müqaviləsi imzalamağa məcbur edib.

Exit mobile version