AUT.AZ

“Qalatasaray”ın italyanı İtaliya nəhənginin hədəfində

“Milan” yenidən Nikolo Zanyolonun xidmətlərində maraqlıdır.

Aut.az xəbər verir ki, klub rəhbərliyi qış transfer pəmcərəsində heyətinə qata bilmədiyi italyan yarımmüdafiəçinin transferi üçün mövsümlərarası fasilədə addımlar atacaq. Burda əsas məqam komandanın Çempionlar Liqasına vəsiqə qazanmasıdır. Məhz bundan sonra 23 yaşlı futbolçunun keçidi ilə bağlı qəti qərar veriləcək.

Zanyolonun “Qalatasaray”la müqaviləsi 2027-ci ilin iyununa kimidir. Müqavilədə sərbəst qalma məbləği 35 milyon avro göstərilib. “Milan” bu məbləği ödəməyə hazırdır.

Qeyd edək ki, Nikolo “Qalatasaray” formasıyla 7 oyunda 3 qol vurub.

Exit mobile version