AUT.AZ

Peplə münaqişədən danışdı: Sanki kürəyimə bıçaq saplamışdılar

“Barselona”nın sabiq yarımmüdafiəçisi Aleksandr Qleb kataloniyalıların o vaxtkı baş məşqçisi, hazırda “Mançester Siti”də çalışan Xosep Qvardiola ilə münaqişəsindən danışıb.

Aut.az xəbər verir ki, belaruslu futbolçu etiraf edib ki, baş məşqçi onu “Mançester Yunayted”lə Çempionlar Liqasının finalı üçün iştirak ərizəsindən kənarlaşdıranda, özünü çox pis hiss edib.

“May ayında Çempionlar Liqasının finalında “Mançester Yunayted”lə oyun üçün Qvardiola məni heyətdən kənarlaşdırdı. Çox ağrılı idi. Sonra Anri ilə bu anı müzakirə etdim. O dedi: “Başa düşürəm, başa düşürəm, amma sən bundan daha güclü olmalısan”. Sanki kürəyimə arxadan bıçaq sancmışdılar. Bundan sonra heç vaxt Qvardiola ilə danışmadım. Əslində onu başa düşürdüm, çünki özümü kifayət qədər yaxşı aparmırdım. Ancaq həmin vaxt çox ağrılı idi”, – “Planet Football” Qlebdən sitat gətirib.

Aut.az

 

Exit mobile version