AUT.AZ

Öyrənəcəyi çox şey var – 100 milyonluq futbolçu haqda deyir ey…

“Çelsi”də baş məşqçi vəzifəsini icra edən Frenk Lempard 22 yaşlı ukraynalı cinah yarımmüdafiəçisi Mixailo Mudrik haqda danışıb.

“Elə şeylər var ki, yəqin ki, zahirən görünmür və birbaşa futbola aidiyyəti yoxdur. Amma ümid edirik ki, Mudrik uzun illər bizim üçün böyük oyunçu olacaq.

Bu qısa müddət ərzində siz onun oyununda sıçrayışlar görə bilərsiniz, lakin onun hələ öyrənəcəyi çox şey var. Və bu, gənc oyunçular üçün tamamilə normaldır.

Cinah oyunçuları da müdafiədə oynamağı bacarmalıdırlar və bu, vaxt aparır. Əks halda matçlarda qalib gəlmək çətindir”, – deyə Lempard bildirib.

Qeyd edək ki, Mudrik İngiltərə Premyer Liqasında “Çelsi”nin heyətində 11 oyun keçirib və 2 məhsuldar ötürmə edib.

Aut.az

Exit mobile version