AUT.AZ

Novruzov oynadı?

Litva çempionatında 8-ci turun oyunları keçirilib.

Aut.az xəbər verir ki, azərbaycanlı hücumçu Nurlan Novruzovun formasını geyindiyi “Yonava” da növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə “Jalgiris 2” ilə qarşılaşıb. Dörd qolun qeydə alındığı oyun “Yonava”nın qələbəsi ilə başa çatıb – 3:1.

Nurlan bu oyuna start heyətdə başlayıb və sonadək mübarizə aparıb.

“Yonava” 8 turdan sonra 4 xalla sonuncu pillədə qərarlaşıb.

Exit mobile version