AUT.AZ

Niyə qol sevincini belə qeyd edib?

“Liverpul”un baş məşqçisi Yurgen Klopp İngiltərə Premyer Liqasının 34-cü turunun “Tottenhem”lə matçında (4:3) ehtiyat hakim Pol Tirninin qarşısında komandasının qələbə qolunu qeyd etməsinin səbəbini açıqlayıb.

“Bütün bunlar, ümumiyyətlə baş verməməli idi. Bu, heç vaxt yaxşı bir şeyə səbəb olmayan emosiyalar, qəzəb səbəbindən baş verdi. Ona görə də elə qeyd etdim. Gözümün qabağında Salaha qarşı kobudluq oldu. Sonra Rişarilsonun cərimə zərbəsi və qol. Bir dəqiqə sonra qol vurduq və o anlarda sevinməlisən, amma bir az əsəbiləşdim. Mən pis bir söz demədim, sadəcə qışqırdım: “Sənsiz, sənsiz!”. Əslində bu sözlərdə heç bir məntiq  yox idi.

Pol Tirni yanıma gəldi və dedi: “Mənə görə, bu, qırmızı vərəqədir, lakin hakim Con Bruksun sayəsində bu, sarı vərəqədir”.

Sarı vərəqə göstərib üzümə gülümsədi. Mən isə dedim: “Nə üçün qırmızı vərəqə?!” Elə oradaca da durdum”, – “Goal” Kloppdan sitat gətirib.

Aut.az

 

Exit mobile version