AUT.AZ

Təsdiqləndi: “Beşiktaş” bu tarixdə Azərbaycana gəlir – RƏSMİ AÇIQLAMA

“Beşiktaş” xeyriyyə matçı keçirmək üçün bu ay Azərbaycana gələcək. “Ağ-qaralar” Bakıda “Sabah”la qarşılaşacaq.

Bunu Aut.az-a açıqlamasında “bayquşlar”ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidov bildirib. Onun sözlərinə görə, İstanbul nəhəngi ilə xeyriyyə matçının təşkil edilməsi barədə razılıq əldə edilib.

“Bəli, “Beşiktaş”la oyunun may ayında keçirilməsi ilə bağlı razılıq əldə edilib. Görüşün tarixi ilə bağlı məsələ yaxın saatlarda dəqiqləşəcək. Rəsmiləşən kimi bu barədə ictimaiyyətə ətraflı məlumat veriləcək”.

Qeyd edək ki, daha əvvəl “Qalatasaray” Türkiyədə baş verən zəlzələdən zərərçəkənlərə dəstək məqsədilə Azərbaycana gəlib. “Sarı-qırmızılar” Bakı Olimpiya Stadionunda “Qarabağ”la qarşılaşıb və 2:1 hesabı ilə qalib gəlib.

Aut.az

Exit mobile version