AUT.AZ

Mahir Türkiyədə bu FOTO ilə gündəm yaratdı

“Konyaspor”un futbolçusu Mahir Emreli yenə diqqət mərkəzinə düşüb.

Aut.az xəbər verir ki, millimizin üzvünün “ağ-yaşıllar”ın Superliqanın 32-ci turunda “Trabzonspor”a qalib gəldikləri (2:1) oyundan əvvəl atdığı addım müzakirələrə səbəb olub.

Mahir rəqib komandanın baş məşqçisi Nenad Byelitsa ilə şəkil çəkdirib ki, bu da birmənalı qarşılanmayıb. Futbolçumuzun xorvatiyalı mütəxəssislə səmimi münasibəti yerli azarkeşlərin müzakirələr aparması ilə nəticələnib.

Məsələni araşdıran “yenihaberden.com” saytı Byelitsanın ölkəsinin “Osiyek” klubunun sükanı arxasında olarkən 26 yaşlı hücumçunu komandasında görmək istədiyini, hətta futbolçuya təklif göndərdiyini, amma razılıq əldə olunmadığını yazıb.

Exit mobile version