AUT.AZ

Məşhur basketbolçuya hücum etdilər, ağır yaralandı

Moskvada ÇSKA-nın basketbolçusu Aleksey Şvedə hücum olub.

Aut.az xəbər verir ki, hücum nəticəsində məşhur basketbolçu ağır yaralanıb. Bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

Məlumatda idmançının xuliqan hücumunun qurbanı olduğu qeyd edilib. Bildirilir ki, bazar ertəsi, mayın 1-də axşam saatlarında Moskva restoranlarından birinin çıxışında basketbolçuya hücum edilib.

Nəticədə ağır kəllə-beyin travması alan Şved təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.

Futbolçu hadisədən sonra polisə şikayət edib. O, yaxın vaxtlarda oyunlarda iştirak edə bilməyəcək.

Aut.az

Exit mobile version