AUT.AZ

“Qarabağ” qalib gəldi, “Neftçi” ləyaqətlə mübarizə apardı

Aprelin 29-da futbol üzrə Azərbaycan Premyer Liqasında 32-ci tura start verilib.

Aut.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub. Turun ilk matçında “Kəpəz” Qəbələdə “Sumqayıt”ı qəbul edib. Sumqayıt təmsilçisi elitada yerini qorumaq baxımından olduqca vacib qələbə qazanıb.

Avrokuboklara vəsiqəni təmin etmiş “Sabah” isə autsayderlər qrupunda qərarlaşan “Şamaxı” ilə üz-üzə gəlib və rəqibə şans verməyib.

Bu gün – mayın 1-də daha 2 oyun keçiriləcək. İlk görüş Qəbələdə baş tutub. Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan şəhərin eyniadlı komandası elitada qalmaq uğrunda mübarizə aparan “Səbail”ə heç bir şans verməyib. 6 qolun vurulduğu oyunda meydan sahibləri inamlı qələbə qazanıb.

Günün digər oyunu isə paytaxtda baş tutub. “Qəbələ” ilə 4-cü sıra uğrunda mübarizə aparan “Zirə” “Turan Tovuz”a məğlub olaraq, demək olar ki, mübarizədən çəkilib.

Mərkəzi qarşılaşma – “Neftçi” – “Qarabağ” matçı bu gün, mayın 2-də keçirilib.  Bu oyunda “Neftçi”nin qalib gəlməsi “Sabah”a çempionluq mübarizəsində ümid verəcəkdi. Amma “Qarabağ” işini çətinə salmadı. Möhtəşəm derbidə hər iki komanda baxımlı oyun nümayiş etdirdi. “Qarabağ” qalib gəldi, azlıqda qalan “Neftçi” isə ləyaqətlə mübarizə apardı.

Azərbaycan Premyer Liqası, 32-ci tur

29 aprel

16:00. 16:00. Kəpəz – Sumqayıt 0:1
Qol: Vüsal İsgəndərli, 64.

Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Zöhrab Abbasov, Nicat İsmayıllı
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Rüfət Əmirov
Qəbələ şəhər stadionu

Kəpəz: 68. Orxan Sadıqlı, 74. Yusif Nəbiyev (k), 14. Elçin Əlicanov, 77. Fərid Nəbiyev, 3. Abdulla Rzayev, 10. Salif Sisse 40. Ahmed Ayzaya, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko, 7. Giorgi Kantariya, 21. Martins Junior
Ehtiyat oyunçular: 71. Mario Mustapiç, 8. Tural Axundov, 80. Tural Rzayev, 70. Nicat Süleymanov, 2. Zamiq Əliyev, 5. İdris İnqilablı, 27. Samir Məhərrəmli, 91. Nizami Səmədov, 97. Nicat Məmmədov, 20. Mahir Həsənov, 66. Arzu Atakişiyev, 19. Abdullahi Şuaybu
Baş məşqçi: Tərlan Əhmədov

Sumqayıt: 13. Aydın Bayramov, 3. Vurğun Hüseynov (k), 6. Vüqar Mustafayev, 14. Elvin Bədəlov, 10. Vüsal İsgəndərli, 17. Murad Xaçayev, 18. Süleyman Əhmədov, 9. Karim Abubakar, 23. Kamran Aliev, 12. Todor Todoroski, 71. Masaki Murata
Ehtiyat oyunçular: 25. İlnur Valiev, 56. Ayxan Qocayev, 24. Elşən Abdullayev, 8. Səbuhi Abdullazadə, 20. Ayxan Süleymanlı, 5. Stiven Pereyra, 22. Dieqo Karioka, 7. Terrens Tisdel
Baş məşqçi: Samir Abasov

Sabah – Şamaxı 1:0
Qol: Aleksey Kaşuk, 7.

Hakimlər: Fərid Hacıyev, Cəmil Quliyev, Teymur Teymurov, Rəvan Həmzəzadə

Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Elçin Məmmədov
“Bank Respublika Arena”

Sabah: 12. Yusif İmanov, 14. Bəxtiyar Həsənalızadə, 4. Elvin Camalov (k), 10. Aleksey İsayev, 9. Anatoli Nuriyev, 2. Amin Seydiyev, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 18. Davit Volkov, 19. Con İrasabal, 8. Aleksey Kaşuk.
Ehtiyat oyunçular: 94. Nicat Mehbalıyev, 16. Rüstəm Samiqullin, 17. Tellur Mütəllimov, 29. Ceyhun Nuriyev, 21. İldar Ələkbərov, 33. Camal Cəfərov, 22. Seymur Məmmədov, 15. Kristian da Silva, 11. Kristian Sebalyos, 99. Emmanuel Apeh.
Baş məşqçi: Murad Musayev.
Şamaxı: 1. Rəşad Əzizli (k), 15. Emin Zamanov, 16. Fuad Bayramov, 70. Bahadur Həziyev, 5. Rəhman Daşdəmirov, 2. Rauf Hüseynli, 11. Kamran Quliyev, 83. Nihad Quliyev, 18. Cəlal Hüseynov, 23. Rövşən Şahmuradov, 80. Zahid Mərdanov.
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 12. Əkpər Vəliyev, 10. Elvin Məmmədov, 9. Amil Yunanov, 8. Kamal Mirzəyev, 17. Elçin Rəhimli, 27. İbrahim Aslanlı, 90. Əli Səmədov, 22. Elçin Mustafayev, 4. Arsen Ağcabəyov, 97. Tapdıq Əhmədov, 29. Ramin Əhmədov.
Baş məşqçi: Vüqar Əsgərli.

1 may

Qəbələ – Səbail 4:2
Qol: Ramon Maçado, 21, 90+4. Petro Stasyuk, 37-öz qapısına. Əyyub Allaş, 49 – Ruslan Hacıyev, 69. Mirabdulla Abbasov, 84.
Hakimlər: Rauf Allahverdiyev, Cavanşir Yusifov, Şirmamed Mamedov, Kamranbəy Rəhimov
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Qəbələ şəhər stadionu

Qəbələ: 13. Kristof Atanqana, 11. Asif Məmmədov (k), 34. Urfan Abbasov, 27. Məqsəd İsayev, 28. Murad Musayev, 14. Ülvi İsgəndərov, 91. Ramon Maçado, 4. Ruan Renato, 97. Felipe Santos, 6. Feras Abu Akal, 9. Əyyub Allaş
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 36. Elməddin Sultanov, 2. İlkin Qırtımov, 7. Rövlan Muradov, 33. Hüseyn Mürsəlov, 77. Emil Səfərov, 16. Nicat Əliyev, 23. Rafael Utziq, 17. Yaovi Akakpo, 10. Omar Hani, 8. Andrey Strijak
Baş məşqçi: Elmar Baxşıyev

Səbail: 1. Emil Balayev, 10. Ağabala Ramazanov (k), 2. Adil Nağıyev, 96. İlkin Muradov, 8. Elmir Tağıyev, 99. David Qomis, 30. Franko Mazurek, 88. Matiya Lyuyiç, 5. Petro Stasyuk, 23. Qustavo de Fransa, 4. Maksim Çex
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 14. Rahid Əmirquliyev, 9. Mirabdulla Abbasov, 6. Cabir Əmirli, 15. Vüqar Həsənov, 7. Ruslan Hacıyev, 3. Turan Manafov, 17. Rafael Məhərrəmli, 22. Samir Abdullayev, 27. Emil Martinov, 11. Qoba Zakpa, 21. Kizito Luvaqa
Baş məşqçi: Şahin Diniyev

Zirə – Turan Tovuz 1:3
Qol: Loris Broqno, 86 – Şəhriyar Əliyev, 3. Natan Oduva, 57. Roderik Miller, 60.
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Eyyub İbrahimov, Vüqar Həsənli
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Elman Musayev
Zirə İdman Kompleksinin stadionu

Zirə: 1. Mehdi Cənnətov, 10. Rəhim Sadıxov, 21. Hacıağa Hacılı, 11. Rüstəm Əhmədzadə, 19. Vladislav Kulaç, 14. Hamidu Keyta (k), 44. Dmitrios Çantakias, 70. İssa Cibrila, 26. Nemanya Andelkoviç, 28. Abbas İbrahim, 6. Eldar Quliyev.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 22. Nail Alışov, 15. Ruslan Abışov, 77. Mirsayib Abbasov, 18. Slavik Alxasov, 91. Coşqun Diniyev, 66. Pərviz Azadov, 38. Ramiz Muradov, 9. Loris Broqno, 23. Andriya Lukoviç, 5. Moiz Adileu, 17. Toni Qomes.
Baş məşqçi: Rəşad Sadıqov.
Turan Tovuz: 13. Mehman Hacıyev, 4. Şəhriyar Əliyev (k), 10. Xəyal Nəcəfov, 99. Veysəl Rzayev, 88. Faiq Hacıyev, 55. Siyanda Xulu, 2. Roderik Miller, 30. Piruzi Marakvelidze, 17. Natan Oduva, 25. Denis Marandiç, 19. Runi Eva.
Ehtiyat oyunçular: 98. Elxan Qasımov, 77. Cavid Tağıyev, 39. Sadiq Quliyev, 7. Ehtiram Şahverdiyev, 8. Şakir Seyidov, 6. Turan Vəlizadə, 15. Vüsal Məsimov, 24. Divayn Naa, 9. Belaydi Pusi, 11. Ayxan Hüseynov.
Baş məşqçi: Ayxan Abbasov.

02 may

Neftçi – Qarabağ 2:4
Qol: M.Saldanya, 40. E.Mahmudov, 64-pen – R.Şeydayev, 10. L.Andrade, 16. M.Saldanya,
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Pərvin Talıbov, Rəşad Əhmədov.
“Bakcell Arena”, 20:00.

Neftçi: 1. İvan Brkiç, 8. Emin Mahmudov (k), 14. Eddi İsrafilov, 3. Höccət Haqverdi, 7. Azər Əliyev, 27. Fərid Yusifli, 6. Voyislav Stankoviç, 4. Solomon Kvirkveliya, 5. Kenni Sayef, 22. Kilan Lebon, 9. Mateus Saldanya.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 26. Ömər Buludov, 2. Mert Çelik, 21. İsmayıl Zülfüqarlı, 41. Samir Həsənov, 10. Sezar Meza Kolli, 23. Ataa Caber, 18. Vato Arveladze, 77. Yeqor Boqomolski.
Baş məşqçi: Laurentsiu Regekampf.
Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev (k), 4. Rahil Məmmədov, 77. Ramil Şeydayev, 44. Elvin Cəfərquliyev, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 81. Kevin Medina, 7. Yassin Benzya, 8. Marko Yankoviç, 6. Julio Romao, 15. Leandro Andrade.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 20. Riçard Almeyda, 5. Maksim Medvedev, 19. Filip Ozobiç, 55. Bədavi Hüseynov, 2. Qara Qarayev, 13. Bəhlul Mustafazadə, 18. İsmayıl İbrahimli, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə.
Baş məşqçi: Qurban Qurbanov.

Exit mobile version