AUT.AZ

İstefaya gedəcək? – Özü açıqladı

“Bavariya”nın İdarə Heyətinin sədri Oliver Kan istefası ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Aut.az xəbər verir ki, jurnalist Patrik Strass “Tvitter”də Kandan sitat gətirib: “Əlbəttə, gələn il də “Bavariya”da qalacağam”.

Daha əvvəl bildirilmişdi ki, Kanın yerinə əsas namizəd Frankfurt “Ayntraxt”ında oxşar vəzifə tutan Aksel Hellman hesab olunur.

Müxtəlif mənbələrə görə, Kanın işdən çıxarılması və Hellmannın işə götürülməsi prosesi ləngiyə bilər. Belə olan halda Karl-Haynts Rummenigge “Bavariya”nın idarə heyətinin sədri vəzifəsinə müvəqqəti namizəd kimi qayıda bilər.

Həmçinin məlumat verilib ki, Münhen klubunun müşahidə şurasının üzvləri komandadakı hazırkı xoşagəlməz vəziyyətə görə əsas məsuliyyətin klubun hazırkı idarə heyətinin sədri Oliver Kanın üzərinə düşdüyünə əmindirlər.

Aut.az

Exit mobile version