AUT.AZ

İkardi bu klubla anlaşmaq üzrədir – 12 milyon, üstəgəl…

“Fulhem” PSJ-nin hücumçusu Mauro İkardi ilə müqavilə bağlamaq üzrədir.

Aut.az xəbər verir ki, bu barədə “Twitter” As Marca klublardan birindəki mənbələrə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, transfer məbləği təxminən 12 milyon avro olacaq. PSJ daha 3 milyon avronu müxtəlif bonuslar kimi ala bilər. İkardi ilə “Fulhem” arasında müqavilə ilə bağlı danışıqlar son mərhələyə çatıb.

Hücumçu bu mövsüm Türkiyə “Qalatasaray”ında icarə əsasında çıxış edir. İkardi 21 matçda 15 qol vurub və 8 məhsuldar ötürmə edib. 30 yaşlı argentinalı hücumçunun PSJ ilə müqaviləsi 2024-cü ilin iyun ayına qədərdir. İkardi 2019-cu ildən parislilərin heyətində çıxış edir.

Aut.az

Exit mobile version