AUT.AZ

Qazaxlar CAR-ı darmadağın etdi

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turnirində daha bir oyun keçirilib.

Aut.az xəbər verir ki, B qrupunda yer alan Qazaxıstan və CAR yığmaları Bakı Tennis Akademiyasında 2-ci tur matçında üz-üzə gəliblər.

İlk gündə Ukraynanı minimal fərqlə üstələyən Qazaxıstan seçməsi bu dəfə daha böyükhesablı qələbəyə sevinib. 1-ci turda Fransaya 0:11 hesabı ilə uduzan Afrika təmsilçisi isə turnirdəki ikinci matçında 1:5 hesabı ilə məğlub olub.

Günün ilk iki görüşündə Ukrayna Türkiyəni 3:2, Gürcüstan isə İtaliyanı 4:2 hesabı ilə məğlub edib.

Bu gün A qrupu çərçivəsində Serbiya – Çexiya və Azərbaycan – İtaliya matçları keçiriləcək. B qrupunda isə Türkiyə – Fransa matçı olacaq.

Exit mobile version